“Emin Mahmudovun verdiyi qərarlar xoşuma gəlmədi. Düşünürəm ki, kapitan qərar verməyi bacarmalıdır”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Ramil Şeydayevlə Emin Mahmudovun millinin heyətində yer almasına aydınlıq gətirib:
“Bütün futbolçularımıza inanıram. Burada hər hansı bir cəza prinsipi yoxdur. Mən futbolçudan xoşum gəlir, yaxud gəlmir deyə milliyə çağırmıram. Düzdür, Emin Mahmudovun verdiyi qərarlar xoşuma gəlmədi. Düşünürəm ki, kapitan qərar verməyi bacarmalıdır. İstənilən halda mən futbolçunu keyfiyyətlərinə görə milliyə dəvət edirəm. Emin Mahmudovun zədəsi ilə bağlı əlimdə həkimlərin təsdiqlədiyi sənəd var. Kapitanın sağlamlığında hər hansı bir problem yoxdur.
Məni narahat edən Bəhlul Mustafazadənin ötən gün “Malmö” ilə görüşdə zədələnməsi oldu. Onun əvəzinə daha bir mərkəz müdafiəçisi çağırmalı oldum”.
Anar Həsənov