FIFA futbolçu transferində yeni dövr başladır

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) transferlərlə bağlı yeni plan hazırlayıb. Buna uyğun olaraq, FIFA 1-10 iyun 2025-ci il tarixləri arasında qüvvədə olacaq yeni transfer dövrü tətbiq edəcək.

Oxu.Az xəbər verir ki, mövcud transfer müddətinə əlavə olaraq nəzərdə tutulan bu 10 günlük transfer dövrünün hazırda yalnız 2025-ci ilin yayında keçiriləcək Klublararası Dünya Çempionatına qatılacaq komandalar üçün keçərli olacağı bildirilib.

Bu müddət ərzində müqavilənin uzadılması və ya başqa komandaya transfer imkanı təmin ediləcək.

FIFA-nın bu qərarı yalnız turnirdə iştirak edəcək 32 komandaya aid olsa da, qitə federasiyaları istəsələr, bu transfer müddətində iştirak edə bilərlər.

Dünya futbolunun bu 10 günlük transfer müddətini həyata keçirməsi layihəsinin səbəbi turnirdə iştirak edən klubların heyətlərini nizamlamasını təmin etmək və turnir bitənə qədər müqaviləsi olan və ya bitəcək futbolçuların davamlılığını təmin etməkdir.

Qeyd edək ki, turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More