Rusiya paytaxtında yerləşən ofisdən kompüter avadanlıqları və pul oğurlanıb.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə ərazidə olan müşahidə kameraları tərəfindən qeydə alınıb.
Belə ki, gecə saatlarında üç nəfər naməlum şəxs xüsusi avadanlıq vasitəsilə ofisin yerləşdiyi binanın damına çıxaraq linglə ofisin eyvanda yerləşən qapısını açıb və qanunsuz olaraq ofisə daxil olublar.
Cinayəti törədən şəxslər binaya baxış keçirib, kommersiya şirkətlərinin notbuklarını və pullarını oğurlayaraq hadisə yerindən uzaqlaşıblar.
Ofisə dəyən ziyan 1 milyon rubl (təxminən 17 860 manat) dəyərində qiymətləndirilir.