ABŞ Livanda yeni prezidentin seçilməsini istəyir

Ağ Ev administrasiyası ümid edir ki, artıq “Hizbullah” hərəkatını zəiflədən İsrail-Livan münaqişəsi yaxın gələcəkdə Livanın yeni prezidentinin seçilməsinə şərait yaradacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Qeyd olunur ki, ABŞ “Hizbullah”ın dövlətin siyasi sisteminə təsirinin azaldılmasına imkan yaratmaq üçün ölkənin yeni liderini təşkilatla sıx əlaqələri olmayan namizəd kimi görür. Vaşinqtonda hesab edirlər ki, hərəkatın baş katibi Şeyx Həsən Nəsrullahın İsrailin zərbəsi nəticəsində ölümündən sonra bu, tamamilə reallaşa bilər.

Bundan əlavə, Ağ Ev yeni dövlət başçısının seçilməsi məsələsini İsraillə münaqişənin həllindən daha vacib və aktual hesab edir.

Xüsusilə, ABŞ-nin İsrail üzrə xüsusi nümayəndəsi Eymos Hokstin Livanın baş naziri Nəcib Mikati ilə söhbətində bildirib ki, hərbi əməliyyatların intensivləşməsi səbəbindən Vaşinqtonun yayda təklif etdiyi münaqişənin həllinin diplomatik yolu artıq müzakirə olunmur. Ona görə də ölkə hakimiyyəti diqqətini prezidentin seçilməsinə yönəltməlidir. Mikati həm də 2022-ci ilin oktyabrından dövlət başçısı vəzifəsini icra edir. General Mişel Aun 6 illik səlahiyyət müddətinin sonunda prezident sarayını tərk etdikdən sonra Livanın yüksək hökumət postu vakant olaraq qalır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More