Türkiyədə bir ilk: Yeni vulkan püskürməyə hazırlaşır

Türkiyənin Manisa şəhərinin Kula rayonunda alimlər Yer qabığının müxtəlif dərinliklərində 8 maqma otağı aşkar ediblər. Ən böyük maqma otağı səthə yaxın olduğundan zəlzələ kimi faktorlarla aktivləşərək püskürə bilər.

Oxu.Az-ın “Sputnik Türkiyə”yə istinadən verdiyi məlumata görə, bu barədə Eskişehir Osmangazi Universitetinin elm adamları xəbərdarlıq ediblər.

Bildirilib ki, professor Özgür Karaoğlu və komandasının “Kula-Salihli Jeoparkı”nda tədqiqatları zamanı səthin 5 kilometr dərinliyində böyük bir maqma kütləsi müəyyən edilib:

“Bu maqma kütləsi səthə doğru yüksəlir və bölgədəki geotermal sistemləri qızdırır. Kula bölgəsində ən son vulkanik fəaliyyət 4 700 il əvvəl baş verib. Aşkar etdiyimiz maqma otaqlarının səthə yaxınlıqları və düzülüşləri vulkanın yenidən fəaliyyətə keçmə ehtimallarının yüksək olduğunu göstərir”, – deyə elm adamları vurğulayıblar.

Ekspertlər regiondakı aktiv qırılma xətlərinin də maqmanı tətikləyə biləcəyini qeyd ediblər.

Ankara Universiteti Geofizika Mühəndisliyi Bölümündən professor Bülent Kaypak isə layihə çərçivəsində istifadə olunan metodların Türkiyədə bir ilk olduğunu söyləyib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More