Futbol üzrə dünya çempionunun diskvalifikasiya müddəti azaldılıb

Futbol üzrə 2018-ci il dünya çempionatının qalibi olan Pol Poqbanın cəzası 18 aya endirilib.

Oxu.Az “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, bununla da yarımmüdafiəçi 2025-ci ilin martında yaşıl meydanlara qayıda biləcək.

Qeyd edək ki, Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi. 2023-cü il sentyabrın 11-də, A Seriyasının I turunda “Udineze” ilə matçdan sonra Poqbanın dopinq testi müsbət nəticələnib. Onda testosteronun səviyyəsi yüksək olub.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More