Suriya BRICS-ə qoşulmaq niyyətindədir və artıq bununla əlaqədar təşkilata ərizə də təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Suriyanın Rusiyadakı səfir Bəşər Cəfəri məlumat verib.
“Biz BRICS-ə qoşulmaqda maraqlıyıq, təşkilata qoşulmaq üçün yazılı müraciət göndərmişik” – deyə B.Cəfəri vurğulayıb.
Xatırladaq ki, BRICS Rusiya, Braziliya, Hindistan, Çin, CAR, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanından ibarət hökumətlərarası təşkilatdır.