“Hizbullah”ın lideri olacaqdı: Haşim Səfiuddin də öldürüldü

İsrail aviasiyasının Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində Həsən Nəsrullahın ölümündən sonra “Hizbullah”ın baş katibi olmağa əsas namizəd kimi göstərilən Haşim Səfiuddin həyatını itirib.

Oxu.Az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, aviazərbə nəticəsində Haşim Səfiuddinlə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə zabiti də həlak olub.

Xatırladaq ki, daha əvvəl HƏMAS lideri İsmayıl Haniyə, “Hizbullah” lideri Həsən Nəsrullah və SEPAH-ın komandiri Abbas Nilfuruşan da İsrail tərəfindən qətlə yetiriliblər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More