İllər əvvəl Laçın şəhər 2 nömrəli tam orta məktəbin şagirdi olmuş Rüxsarə Nəsibzadə 32 il sonra adıçəkilən məktəbə müəllim kimi qayıdıb.
Doğma yurduna geri dönən laçınlı müəllim təəssüratlarını Baku TV ilə bölüşüb.
“Bu məktəbdən deyib gülə-gülə çıxmışdıq. Təəssüflər olsun ki, səhər durub doğma məktəbimizə gələ bilmədik. İndi çox qürurlu və xoşbəxtəm ki, məktəbimiz fəaliyyətini Laçında davam etdirir”, – R.Nəsibzadə deyib.
Xatırladaq ki, bu gün Beynəlxalq Müəllimlər Günüdür.
Daha ətraflı Baku TV-nin süjetində:
Doğma yurduna qayıdan laçınlı müəllim təəssüratlarını bölüşdü