Azərbaycan yığma komandası ZFC-Qrapplinq üzrə keçiriləcək dünya çempionatına yola salındı

Bu gün Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov, federasiyanın vitse-prezidenti Hüseynəli Abbaslı, Zeyd İdman Mərkəzinin prezidenti Vüqar Tağıyev və mərkəzin nümayəndələri Qrapplinq üzrə Qazaxıstanda keçiriləcək dünya çempionatına yola düşən Azərbaycan yığma komandasının üzvləri ilə görüş keçiriblər.

Oxu.Az xəbər verir ki, görüşdə federasiya prezidenti və məsul şəxslər komandanın hazırlığı, qarşıdakı yarışın yığma üçün əhəmiyyəti haqda söz açmış, hakimlərə, məşqçilərə və idmançılara öz tövsiyələrini veriblər. ZFC rəhbərliyi idmançılara öz dəstəyini ifadə edib və daim yığmanın yanında olduqlarını bildiriblər.

Hakim heyətinin rəhbəri Elvin Rəhimov, baş məşqçi Əkbər Hadıyev çıxışlarında yığmanın yarışa tam hazır olduğunu, federasiya rəhbərliyinə və tərəfdaşlara minnətdarlıqlarını bildiriblər. Yığma üzvlərinə yeni idman geyimləri təqdim olunub.

Görüşün sonunda xatirə şəkili çəkilib.

Xatırladaq ki, 7-12 oktyabr tarixlərdə Qazaxıstanın Astana şəhərində qrapplinq üzrə dünya çempionatı keçiriləcək. Yarışda Azərbaycandan 40-nəfərlik heyət iştirak edəcək.

Azərbaycan yığma komandası ZFC-Qrapplinq üzrə keçiriləcək dünya çempionatına yola salındı


Azərbaycan yığma komandası ZFC-Qrapplinq üzrə keçiriləcək dünya çempionatına yola salındı




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More