Qreta Tunberq Brüsseldə yolu bağladı

İsveçli ekofəal Qreta Tunberq də daxil olmaqla, onlarla etirazçı Avropa İttifaqının (Aİ) neft və qaz sənayesi üçün subsidiyalarına etiraz olaraq Brüsseldə əsas yolu bağlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə oktyabrın 5-də “Politico” qəzeti məlumat yayıb.

Tunberq və “Extinction Rebellion” ətraf mühit hərəkatının üzvləri Avropa Parlamenti və Avropa Komissiyasının (AK) binalarının yaxınlığında yerləşən metro stansiyasında özlərini yerə bağlayıblar.

Eyni zamanda, Avropa Parlamentinin binası yaxınlığında keçirilən paralel aksiyada iştirak edənlər iqlim dəyişikliyi ilə mübarizədə ləng irəliləyişdən bezdikləri üçün küçələrə çıxdıqlarını qeyd ediblər.

“Politico” aydınlaşdırır ki, AK prezidenti Ursula fon der Lyayen öz yeni komandasından neft və qaz subsidiyalarının mərhələli şəkildə dayandırılması prosesinə başlamağı xahiş edib. Keçən ilki hesabat göstərir ki, Aİ hələ də qalıq yanacaq istehlakına hər il 100 milyard avrodan çox vəsait xərcləyir, bu rəqəm Ukraynada münaqişənin başlanmasından sonra enerji böhranı nəticəsində kəskin şəkildə artıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More