Kino ulduzu Keanu Rivz peşəkar avtoyarışda debüt edib. Aktyor İndianapolisdə keçirilən “Toyota Gazoo Racing GR Cup” turnirində “Eagles Canyon” komandası üçün yarışıb.
Oxu.Az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Yarışın 45-ci dəqiqəsində “Matrix” ulduzu döngəyə girə bilməyərək otluğa sürüşüb. Lakin Rivz zədə almadığı üçün yola qayıdıb və yarışı davam etdirib.
Həmçinin ilk dövrədə aktyor başqa avtomobillə toqquşmaqdan da yayına bilib.
Yarış zamanı Rivz 21-ci yerə yüksəlməyi bacarsa da, sonda 25-ci yeri tutub. Yarışda ümumilikdə 35 idmançı iştirak edib.