Amerikalı milyarder İlon Mask hesab edir ki, Demokratlar Partiyasının namizədi Kamala Harris prezident olacağı təqdirdə ABŞ-nin sonu gələcək.
Oxu.Az xəbər verir ki, bu fikirləri o, “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Sahibkar Harrisin qalib gələcəyi təqdirdə ABŞ-nin bir partiyalı sosialist dövlətinə çevriləcəyini iddia edən nəşrə münasibət bildirib.
“Bu, ABŞ-nin sonu olardı”, – iş adamı yazıb.
It would be the end of America https://t.co/Fs7x67DCZJ
— Elon Musk (@elonmusk) October 6, 2024