Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının son durumu AÇIQLANDI

Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 19:45-də 1980-ci il təvəllüdlü qadın Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:

“Qarnın açıq yarası, budun kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”.

Sumqayıtda qadın qaynı tərəfindən bıçaqlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.

Elnurə Fəxrəddin qızı Yusifova yaşadığı evdə öz qaynı tərəfindən bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü E.Yusifovanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun qaynı, əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Rauf Yusifov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More