Başı diri-diri kəsilən Karabulut cinayəti: Qəbri açılan Qaripoğlunun sağ olub-olmadığı açıqlandı

2009-cu ildə sevgilisi Cem Qaripoğlu tərəfindən Bahçeşehirdəki villasında boğazı kəsilərək öldürülən 17 yaşlı Münəvvər Karabulutun qatili ilə bağlı araşdırma davam edir.

Karabulut ailəsinin tələbi üzərinə 10 il sonra məzarı açılan qatil Cem Qaripoğlunun məzarından götürülən sümük nümunələrinin məhkəmə-tibb ekspertizası başa çatıb.

Bu barədə Oxu.Az NTV.com.tr-yə istinadən xəbər verir.

Silivri Respublika Prokurorluğu məzardakı sümüklərdən götürülən DNT-nin Cem Qaripoğlunun valideynlərinin DNT-si ilə birbaşa uyğun olduğunu açıqlayıb.

Xatırladaq ki, 2009-cu il martın 3-də lisey şagirdi olan Münəvvər Karabulut sevgilisi Cem Qaripoğlu tərəfindən Bahçeşehirdəki villasında boğazı kəsilərək öldürülüb. 17 yaşlı Karabulutun cansız bədəni parçalanmış şəkildə gitara qutusuna qoyulub və Etiler rayonunda zibil konteynerinə atılıb. Qızın meyiti zibil yığan şəxs tərəfindən aşkar edilib.

Münəvvər Karabulutu vəhşicəsinə qətlə yetirən Cem Qaripoğlu isə 2014-cü ildə qaldığı Silivri həbsxanasında intihar edib.

Lakin son 10 ildə onun ölümü ilə bağlı bir çox iddialar ortaya atılıb ki, bunlardan biri də Qaripoğlunun ölmədiyi və məzarda başqa cəsədin basdırıla biləcəyi ehtimalı olub. Bu səbəbdən də Qaripoğlunun məzarının açılmasına qərar verilib. Qəbirdən çıxarılan kəllə sümüyü, digər sümüklər və dişlər araşdırılıb.

“İstanbul Ədliyyə Tibb Qurumunun mütəxəssisləri tərəfindən aparılan araşdırmalardan sonra Biologiya İxtisaslaşma şöbəsində sümük, diş və bütün digər nümunələr üzərində böyük dəqiqliklə DNT müayinələri aparılıb. Həyata keçirilən prosedurlar nəticəsində məzardan çıxarılan nümunələrin ata Mehmet Nida və ana Tülay Makbulenin ortaq övladı Cem Qaripoğluna aid olduğu, həmçinin bu şəxsin 2014-cü ildə aparılan yarılmadan sonra intihar etdiyi müəyyən edilən şəxslə eyni DNT profilinə sahib olduğu aydınlaşıb”, – deyə Silivri Respublika Prokurorluğundan bildirilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More