Livan İsraili kütləvi raket atəşinə tutdu: Müharibənin başlanğıcından ən güclü hücum

Livan İsrailin Hayfa şəhərini raketlərlə atəşə tutub.

Oxu.Az-ın “Al Jazeera”ya istinadla verdiyi məlumata görə, bu, müharibənin başlanğıcından bəri ən güclü hücumdur.

Bildirilib ki, ümumilikdə, iki atəş dalğası zamanı yüzdən çox mərmi atılıb.

“Birinci atəş dalğası zamanı Livandan sahil şəhərinə 85 raket atılıb. Bir qədər sonra ölkənin şimalındakı Hayfaya doğru daha 20 mərmi buraxılıb”, – deyə xəbərdə bildirilir.

İlkin məlumata görə, 70 yaşlı bir qadın yaralanıb. Digər zərərçəkənlər araşdırılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More