Bu gün Dubayın (BƏƏ) “Emirates” aviaşirkəti İrana və əks istiqamətə olan bütün reysləri ləğv edib.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə aviaşirkətdən bildirilib.
Məlumata görə, hava yolları şirkəti regiondakı vəziyyəti yaxından izləməyə davam etdiyini və proseslərlə bağlı müvafiq orqanlarla əlaqə saxladığını bildirib.
Aviaşirkət vurğulayıb ki, reyslərin ləğvi qərarının əsas səbəbi İran-İsrail gərginliyinin pik həddə olmasıdır.