“Yango” taksi şirkətinin sürücüsünün davranışı narazılığa səbəb olub.
Oxu.Az xəbər verir ki, sahibləndirilən heyvanları çatdırmağı öhdəsinə götürən sürücünün ünvana çatmadan onları küçəyə atdığı iddia olunur:
“Könüllü sahibləndirdiyimiz iki pişik var idi. Pişiklərin hər biri 2 aylıq idi. Taksi çağırdıq və iki pişiyi yola saldıq. Sürücü bir qədər getdikdən sonra sifarişi ləğv etdi. Xeyli zəngdən sonra telefonu açan sürücü bizə dedi ki, pişikləri yolda atmışam. Səbəbin soruşanda isə yalnız “əcəb elədim” cavabını verdi. Biz hara atdığını soruşduq ki, heç olmasa gedək götürək”.
İradını bildirən şəxs sürücü barəsində məlumatları da sosial media hesabında paylaşıb:
Qeyd olunan məsələ ilə bağlı Oxu.Az “Yango” taksi şirkətinə sorğu ünvanlayıb.
Aygün Mirakif