Macarıstan Aİ-dən çıxmaq istəyir?

“Macarıstan hakimiyyəti Avropa İttifaqını (Aİ) tərk etmək deyil, orada islahatlar aparmaq niyyətindədir”.

Oxu.Az “Index”ə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Viktor Orban deyib.

Məlumata görə, Orban bildirib ki, Macarıstanın və Avropa Parlamentinin sağçı mühafizəkar “Vətənpərvərlər Avropa naminə” fraksiyasının qalan üzvlərinin məqsədi Avropa İttifaqından çıxmaq deyil, orada islahat aparmaqdır.

O qeyd edib ki, Aİ-nin əsas ideyasının “Avropa Birləşmiş Ştatları” anlayışı deyil, güclü, müstəqil dövlətlər olmasını istərdi.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More