Əməkdar məşqçi qəfil vəfat etdi

Azərbaycanın Əməkdar məşqçisi və SSRİ idman ustası Qurbanxan Məhərrəmov vəfat edib.

Oxu.Az xəbər verir ki, o, 60 yaşında qəfil ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Q.Məhərrəmov 1964-cü ildə Biləsuvar rayonunda anadan olub. Onun boks idmanının inkişafında xidmətləri olub.

Ali təhsilini Azərbaycan Dövlət İdman Akademiyasında alıb. Dəfələrlə ölkə və beynəlxalq əhəmiyyətli yarışlarda birincilik əldə edib. Tələbələri boks üzrə dünya və Avropa çempionu olublar.

Q.Məhərrəmov, həmçinin, uzun illər Biləsuvar Uşaq-Gənclər İdman Şahmat Məktəbinə rəhbərlik edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More