Bıçaqla hədələyib mopedinə ziyan vurdular

Oktyabrın 7-də Qaraçuxur qəsəbəsi ərazisində quldurluq hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bir nəfərin kəsici alətlə hədələnərək mobil telefonunun sındırılması, elektrik qidalandırıcısının talanması və mopedinə ziyan vurulması barədə polisə məlumat daxil olub.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 20 yaşlı İ.Səlimov və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More