Fransanın 34 departamentində fövqəladə təhlükə səviyyəsi elan edilib

Fransanın 34 departamentə “Kirk” qasırğası ilə əlaqədar “narıncı” təhlükə səviyyəsi elan edilib.

Oxu.Az xəbər verir ki, bu barədə BFM TV kanalı məlumat yayıb.

Qeyd olunur ki, Fransanın cənubunda günün birinci yarısında küləyin sürəti 58 m/s-yə çatıb. Siklonla müşayiət olunan leysan yağışları güclü daşqınlara səbəb olub.

Siklonun təsiri paytaxt Parisdə də hiss olunur.

Paris meriyası sakinlərə daşqın ehtimalı, mümkün elektrik kəsilməsi və nəqliyyat problemləri barədə xəbərdarlıq edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More