Zelenski münaqişənin bitəcəyi tarixi AÇIQLADI

“Ukrayna münaqişəni 2025-ci ildən gec olmayaraq dayandırmaq istəyir”.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Xorvatiyada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində bildirib.

“Oktyabr, noyabr və dekabr aylarında vəziyyəti sülhə və davamlı sabitliyə doğru aparmaq üçün real şansımız var. Döyüş meydanındakı vəziyyət bu seçimi etmək imkanı yaradır. 2025-ci ildən gec olmayaraq” , – o bəyan edib.

Zelenski əlavə edib ki, Ukrayna noyabra qədər nizamlanma ilə bağlı yeni konfransda təqdim olunacaq sənəd hazırlayacaq. Lakin dövlət başçısı bu konfransın nə vaxt keçiriləcəyini açıqlamayıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More