Oktyabrın 9-da saat 21:30-da Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Toyota” markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.