Vladimir Putin Rusiyanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ABŞ-dəki səfiri Anatoli Antonovu vəzifəsindən azad edib.

Oxu.Az-ın xəbərinə görə, dövlət başçısının müvafiq fərmanı rəsmi hüquqi informasiya portalında dərc olunub.

“Anatoli İvanoviç Antonov Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Rusiya Federasiyasının Vaşinqtonda Amerika Dövlətləri Təşkilatında daimi müşahidəçisi vəzifələrindən azad edilsin”, – deyə sənəddə bildirilib.

Qeyd edək ki, oktyabrın 5-də ABŞ səfirliyi bildirmişdi ki, Antonov Vaşinqtonda missiyasını başa vurur. Ertəsi gün diplomat Moskvaya qayıdıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More