Zelenski ilə Makron arasında aparılan danışıqların təfərrüatı məlum oldu

Ukrayna prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla görüşdə birgə silah istehsalı məsələsini müzakirə edib.

Oxu.Az “Eurointegration”a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri məlumat verib.

Zelenskinin sözlərinə görə, silahların birgə istehsalı məsələsi ayrıca müzakirə olunub.

“Biz bu əməkdaşlığı genişləndirməliyik. Razılığa gəldik ki, bununla bağlı iş müdafiə nazirləri səviyyəsində aparılsın”, – Zelenski bildirib.

Xatırladaq ki, sentyabrın 25-də Makron ABŞ-də BMT-nin Baş Assambleyasının 79-cu sessiyasında çıxış edib. Tədbir zamanı o, Fransanın Ukraynaya silah tədarükünü davam etdirəcəyini və onun müqavimətini dəstəkləyəcəyini bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More