Ağcabədidə iki nəfər birləşib kişini soyunduraraq işgəncə verdilər – Araşdırma başladı

Ağcabədidə kişiyə qarşı zorakılıq hadisəsi baş verib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, kadrlarda iki nəfərin birləşərək bir şəxsə işgəncə verdiyi açıq şəkildə görülür. Onlar həmin şəxsi soyunduraraq şərəf və ləyaqətini alçaldıb və həmin anları lentlə alıblar.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, hadisə qısqanclıq zəminində baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Aytac Qasımova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More