İspaniya Superkubokunun qaydalarında yenilik

İspaniya Kral Futbol Federasiyası (RFEF) ölkənin kişilər və qadınlar arasında Superkubok yarışlarında əlavə vaxtların ləğv edildiyini açıqlayıb.

Oxu.Az “Championat”a istinadən xəbər verir ki, bu barədə RFEF rəsmi saytında məlumat verib.

Federasiyanın açıqlamasında bu tədbirin turnirlərdə iştirak edən klubların futbolçuların iş yükünü azaltmaq istəyini təmin etmək məqsədilə görüldüyü vurğulanıb.

İndi komandalar əsas vaxtını heç-heçə ilə başa vursalar, qalib penaltilər seriyasında müəyyənləşəcək.

Qeyd edək ki, İspaniya Superkuboku 2025-ci il yanvarın 8-dən 12-dək keçiriləcək. Bu yarışda “Atletik” “Barselona” ilə, “Malyorka” isə “Real Madrid”lə qarşılaşacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More