Bakıda 330 min manatlıq saat oğurlanıb – Çin vətəndaşı şübhəli bilinir

Bakıda 330 min manat dəyərində saat oğurlanıb.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən “VMF Continental” mağazasında qeydə alınıb.

Oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan “Breguet” markalı qol saatını oğurlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq zamanı hadisəni törətməkdə şübhəli bilinən Çin vətəndaşı, 1977-ci il təvəllüdlü Jang Quomin tutulub.

Hazırda istintaq davam edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More