“Gələcək məhz gələcək kimi görünməlidir”: Mask “Tesla”nın inqilabi yeniliklərini nümayiş etdirdi

ABŞ-nin Kaliforniya ştatında İlon Mask “Tesla” təqdimatında nəqliyyatın və robotexnikanın gələcəyini dəyişə biləcək bir sıra innovativ məhsullar nümayiş etdirib. Bunların arasında “Tesla Cybercab” – pilotsuz robotlaşdırılmış taksi və yeni nəsil “Optimus” robotuxüsusi maraq doğurub.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, “Tesla”nın pilotsuz robotlaşdırılmış taksisini İlon Mask nümayiş etdirib.

“Cybercab” sükan və pedallar kimi ənənəvi hissələrin olmadığı avtomobildir. Futuristik dizayna yuxarı açılan qapılar və iki sərnişin üçün nəzərdə tutulmuş salon daxildir.

“Biz yolların görünüşünü dəyişmək istədik. Gələcək gələcək kimi görünməlidir”, – deyə İlon Mask təqdimatda bildirib.

Biznesmenin sözlərinə görə, bu cür avtomobillər insanlar tərəfindən idarə olunanlardan 10-20 dəfə daha təhlükəsiz olacaq.

“Bu, lift kimidir – düyməni basdın və unutdun”, – deyə o vurğulayıb.

Tam müstəqil sürüşün növbəti il Texas və Kaliforniyada başlanması, “Cybercab”ın istehsalı isə 2026-cı ilə qədər gözlənilir. Avtomobillər bazarda 2027-ci ildə peyda olacaq.

Bundan əlavə, İlon Mask qiyməti 20 000 dollardan 30 000 dollara qədər olan “Optimus” robotunun yeni nəslini təqdim edib. Robot müxtəlif məişət tapşırıqlarını yerinə yetirə bilir və gündəlik həyatda robotexnikanın istifadəsi üçün yeni imkanlar açır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More