Anasını döyən şəxsi bıçaqlayan oğula HÖKM OXUNDU

Şəmkirdə qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən İslam Bənnayevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mikayıl Məmmədzadənin sədrliyi keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İslam Bənnayevə şərti cəza verilib.

İttihama görə, hadisə 12 aprel 2024-cü il tarixdə Şəmkir rayonu, Sarıtəpə kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2006-cı il təvəllüdlü İslam Bənnayevin anası marşrut avtobusunun içərisində olarkən həmkəndlisi, zərərçəkmiş İlham Xəlilovla (soyadı şərti) mübahisə edib. Bu zaman zərərçəkmiş qadını nalayiq ifadələrlə təhqir edib, əli ilə qəsdən onu vurub. Qadın avtobusdan düşəndən sonra bu barədə oğluna bildirib. İslam da məsələni aydınlaşdırmaq məqsədilə İlhamla görüşməyə gedib. Kəndin girişində görüş zamanı İslam üzərində gəzdirdiyi bıçaqla zərərçəkmişə üç zərbə endirərək xəsarət yetirib.

Hadisədən sonra İslam Bənnayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More