Reper Diddinin anası “hücuma məruz qaldı”

ABŞ-də reper və prodüser Diddinin (əsl adı Şon Kombs) anası Cenis Kombsa qarşı oğlunun məhkəməsinin keçirildiyi məhkəmə zalının qarşısında təhqirlər səsləndirilib.

Bu barədə Oxu.Az “Daily Mail”ə istinadən xəbər verir.

84 yaşlı qadın avtomobildən düşərkən camaatın qəzəbli qışqırıqlarına tuş gəlib və başını aşağı salaraq, üzünü iri eynəklərin arxasında gizlədərək məhkəmə binasına doğru gedib.

“Cenis, sizin oğlunuz canavardır. Oğlunuz – canavardır! O həbs olunmağa layiqdir”, – deyə camaat onun arxasınca qışqırıb.

Reperin qızları, 17 yaşlı Cessi Ceyms və Delayla Star məhkəmənin başlanmasına bir neçə dəqiqə qalmış zala daxil olublar. Onlar proseslə bağlı hər hansı şərh verməkdən imtina ediblər.

Kombs məhkəmə iclasına həbsxana geyimində gəlib. O, vəkillərə gülümsəyərək onları qucaqlayıb.

Reperin pasportunu səlahiyyətli orqanlara təhvil verməsinə, şəxsi təyyarəsini satmasına və bu məqsədlə evini 48 milyon dollara girov qoymasına baxmayaraq, məhkəmə iclasında onun girov qarşılığında azadlığa buraxılmasına icazə verilməyib. İclasda həmçinin qərara alınıb ki, Diddinin məhkəməsi Nyu-Yorkda mayın 5-də başlayacaq.

Sentyabrın 17-də məlum olub ki, münsiflər heyəti ona qarşı zorakılıq və insan alveri ittihamı irəli sürdükdən sonra Kombs Nyu-York məhkəməsində həbs edilib.

Reper Diddi üç ittiham maddəsi – reketçilik məqsədilə əlbir olma, cinsi istismar məqsədilə insan alveri və fahişəlik üçün insanların daşınması üzrə təqsirli bilinərsə, ömürlük həbs cəzasına və minimum 15 il həbs cəzasına məhkum ediləcək.

Reper Diddinin anası “hücuma məruz qaldı”


Reper Diddinin anası “hücuma məruz qaldı”




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More