Baltik dənizində alman neft tankeri yanır

Almaniya sahillərində, Kyulunqsborn kurortunun yaxınlığında “Annika” adlı alman tankerinin göyərtəsində yanğın baş verib.

Bu barədə Oxu.Az “Readovka” “Telegram” kanalına istinadən xəbər verir.

Məlumata görə, tanker digər gəmilərə yanacaq doldurmaları üçün təxminən 640 ton həcmində neft daşıyırmış.

Hadisə şahidlərinin yaydığı görüntülərdə gəminin üstündən qara tüstü sütununun qalxdığı kadrlar yer alıb. Yanğının söndürülməsində üç gəmi iştirak edir, xilasedicilər isə helikopterlə əraziyə çatdırılır. Yanğının səbəbləri hələlik məlum deyil.

Fövqəladə hallar xidmətləri 7 dənizçini xilas edərək sahilə təxliyə etməyə nail olublar. Hadisə yerində fövqəladə-xilasetmə qayığı, buksir gəmisi və çoxməqsədli gəmi işləyir.

Əgər yanğın vaxtında söndürülməsə, neft məhsullarının Baltik dənizi akvatoriyasına sızması riski var.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More