Bakıda bir məktəbə direktor TƏYİN EDİLDİ

Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.

Modern.az-ın məlumatına görə, bu vəzifəyə Laçın Hüseynli gətirilib.

O, bu təyinatadək Bakı şəhəri 195 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Laçın Hüseynli ixtisasca fizika müəllimidir.

Qeyd edək ki, məktəbin 79 yaşlı keçmiş direktoru Zakir Bayramov ötən ay vəzifəsindən azad edilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More