“Starbucks” şirkətinin həmtəsisçisi: “Sahibkar yaratdığı məhsula sevgi ilə yanaşmalıdır”

“Mən hər zaman böyük işin təməlini qoyan şəxsi dinləyirdim”.

Oxu.Az xəbər verir ki, bunu “Starbucks” şirkətinin həmtəsisçisi Zev Siql “PAŞA Holdinq”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində deyib.

O bildirib ki, mentor dinləməyi bacarmalıdır:

“Mən hər zaman daha böyük iş təməlini qoyan şəxsin danışığını dinləyirdim. Qarşımdakı şəxsi həvəsləndirirdim ki, daha çox danışsın. Çünki o savadlıdır və mən ondan daha çox şey öyrənə bilərdim”.

Həmtəsisçi qeyd edib ki, sahibkarlar yeni işə baş qoyduqda iki məsələni həll etməlidirlər:

“Bunlardan birincisi sahibkar yaratdığı məhsula sevgi ilə yanaşmalıdır. Bəzən sahibkarlar məsələlərə konseptual yanaşır, geri olanda dayanan məsələlərə diqqət etmir. Əsas məsələ odur ki, məhsuldan əlavə düzgün insanları işə götürmək lazımdır”.

Aygün Mirakif

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More