NATO-nun müdafiə nazirləri gələn həftə Rusiyaya qarşı uzunmüddətli siyasətləri nəzərdən keçirməyə başlayacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“İştirakçı ölkələr alyans çərçivəsində debatlar keçirmək və Rusiya-NATO təsis aktını müzakirə etmək niyyətindədirlər. Müttəfiqlərin konkret mövqelərini nəzərə alaraq yeni strategiya hazırlamağın vaxtı çatıb”, – nəşr ABŞ hökumətinin yüksəkvəzifəli rəsmisindən sitat gətirir.
Məmur aydınlaşdırıb ki, gələcək strategiya layihəsi hələ hazırlanmayıb və təklif olunan dəyişikliklərin hərbi nəticələri məhdud xarakter daşıyacaq.
Həmçinin KİV-in məlumatına görə, bəzi NATO üzvləri həddindən artıq aqressiv yeni strategiyanın Rusiyaya sabitliyi pozan siqnal göndərə biləcəyindən narahatdırlar.