“Wikipedia” süni intellektlə yaradılan yanlış məqalələrlə bağlı hərəkətə keçdi

“Wikipedia” süni intellekt (Sİ) tərəfindən yaradılan yalan məlumatlar hesab edilən kütləvi nəşrləri silmək üçün “WikiProject AI Cleanup” layihəsini işə salıb.

Oxu.Az xəbər verir ki, bu barədə “TechSpot” məlumat yayıb.

“WikiProject AI Cleanup”ın yaradıcısı İlyas Leblunun sözlərinə görə, problem “Wikipedia” redaktorları və istifadəçiləri açıq-aydın Sİ tərəfindən yazılmış məqalələrin fraqmentlərini gördükdə aşkar olunub. Buna dair şübhələr bəzi mətnlərin “ChatGPT”dən istifadə edilərək səsləndirildiyi zaman təsdiqlənib.

Buna aşkar nümunə Osmanlı qalası “Əmberlisihar” haqqında reallıqda olmayan məqalə olub. Təxminən 2 min sözdən ibarət olan məqalədə uydurma obyektin yeri və inşası ətraflı təsvir edilib ki, bu da real faktların əlavə edilməsi sayəsində saxta məlumatları mümkün qədər inandırıcı edib.

Leblu və onun həmkarları qeyd edirlər ki, neyroşəbəkə tərəfindən yaradılan məqalələri dərc edən istifadəçilərin dəqiq motivləri məlum deyil, lakin qismən problem “Wikipedia”nın hər kəsə redaktor olmağa imkan verən strukturundadır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More