Şəkidə 15 yaşlı oğlanı avtomobil vuraraq öldürüb

Şəkidə 15 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 11-də saat 22 radələrində Şəki rayonunun Qoxmuq kəndi ərazisində Ülvi Salamzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Asim Abdurahmanlını vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More