UEFA Millətlər Liqası: Azərbaycan millisi antirekorda imza atıb

Estoniya seçməsinə 1:3 hesabı ilə məğlub olan Azərbaycan millisi Tallindən antirekordla dönür.

Oxu.Az xəbər verir ki, bunadək evdə İsveçə 1:3, səfərdə Slovakiyaya 0:2 hesabı ilə məğlub olan komandamız ardıcıl üçüncü dəfə xalsız qalıb.

Bu, millimizin turnirdəki antirekordudur.

4-cü dəfə təşkil olunan Milətlər Liqasında 21-ci matçına çıxan milli komanda belə uğursuz seriya yaşamamışdı.

Milli həm də ardıcıl üç oyunda qol buraxıb. Millətlər Liqasının əvvəlki görüşlərində belə uğursuzluq qeydə alınmayıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More