Avropa Kuboku: Voleybolçularımız dörddəbir finalda Türkiyə klubu ilə qarşılaşacaqlar

Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda “Azərreyl”in qadınlardan ibarət komandasının növbəti rəqibi dəqiqləşib.

Oxu.Az xəbər verir ki, təmsilçimiz 1/4 final mərhələsində “TVF Spor Lisesi İhtisas” kollektivi ilə üz-üzə gələcək.

Hər iki qarşılaşma bu gün gerçəkləşəcək. Matçlar Bakı vaxtı ilə saat 15:15-də və 16:00-da start götürəcək.

Qeyd edək ki, “Azərreyl” daha əvvəl Avstriyanın “Bergstrand Beachvolleyball” və Sloveniyanın “BVC Ludus” klublarını məğlub edib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More