Türkiyə millisinin italiyalı baş məşqçisi Vinçentso Montella yığmanın tarixinə düşüb. 51 yaşlı mütəxəssis “ay-ulduzlular”ın sükanı arxasında ardıcıl 3 ev oyununda qələbə qazanmağı bacaran ilk məşqçi olub.
Oxu.Az xəbər verir ki, o, bunu ötən gün UEFA Millətlər Liqasının III turunda Samsun şəhərində Monteneqro ilə keçirilmiş matçda (1:0) reallaşdırıb.
Türkiyə seçməsi Montellanın rəhbərliyi altında daha əvvəl evdə keçirdiyi görüşlərdə İslandiya (3:1) və Latviyanı (4:0) məğlub edib.
Qeyd edək ki, B Liqasının IV qrupunda yer alan Türkiyə yığması 3 turdan sonra topladığı 7 xalla ilk pillədə qərarlaşıb.