Bakıda su xəttinin partlaması nəticəsində fərdi yaşayış evinin həyəti çöküb.
Oxu.Az xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində qeydə alınıb.
Görüntü ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.
Qeyd olunub ki, sözügedən ünvanda diametri 1 200 mm, dərinliyi 7 m olan kanalizasiya kollektoru çöküb.
“Hadisə qeyri-qanuni tikilən fərdi yaşayış evinin həyətində baş verib. 1974-cü ildə tikilən kollektorun üzərində qanunsuz evlər inşa edilib. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı işlər görülür.
Xatırladaq ki, Xətai rayonu ərazisində magistral su və kanalizasiya xətləri üzərində yüzlərlə qeyri-qanuni evlər, obyektlər tikilib”, – deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova