Qubada iki avtomobil toqquşdu: Ölən var

Quba rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

“Report”un məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində VAZ-2104 markalı minik avtomobili ilə “Mercedes-Benz” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində VAZ-2104-ün sürücüsü, 1962-ci il təvəllüdlü Rüstəm Mustafayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More