ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabr seçkisi ərəfəsində tibbi hesabat yayıb. Onun həkimi Coşua Simmons siyasətçinin səhhətinin “əla” olduğunu təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, siyasətçinin son tibbi müayinəsi aprel ayında keçirilib və müayinə zamanı hər hansı anormallıq aşkar edilməyib.
Simmons qeyd edib ki, 59 yaşlı Harris aktiv həyat tərzi keçirir və sağlam pəhriz saxlayır. Həkim Harrisin siqaret çəkmədiyini və yalnız normada spirtli içki içdiyini də vurğulayıb.