Ermənistan Müdafiə Nazirliyi hərbi hissələrdən birində qulluq edən şəxsin həlak olması barədə məlumat yayıb.
Bu barədə Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir.
“Oktyabrın 13-də “N” saylı hərbi hissənin hərbi qulluqçusu Aqasi Serojeviç Dallakyanın meyiti güllə yarası ilə aşkarlanıb”, – nazirlikdən bildirilib.
Faktla bağlı araşdırma aparılır.