Fernandu Santuş: “Karyeramın cəmi 15 %-ni məğlubiyyətlər təşkil edir”

“Sabahkı oyunda Bədavini kapitan kimi düşünürəm”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasında baş tutacaq Slovakiya ilə matçdan öncə keçirilən mətbuat konfransında bildirib.

Mütəxəssis sabahkı oyunda kapitanın kim olacağı ilə bağlı sualı cavablandırıb:

“Fərdi keyfiyyətləri nəzərə alsaq, Bədavini sabahkı oyunda kapitan kimi düşünürəm. Futbolçu məşqçinin tapşırıqlarını yerinə yetirməyi bacarmırsa, deməli başqa kapitan seçilməlidir. Emin Mahmudova penaltini yerinə yetirməsi tapşırığını vermişdim. Penalti zamanı baş verən hadisə ondan kapitanlıq sarğısının alınmasına səbəb oldu. Mən uzun illərdir baş məşqçi vəzifəsində çalışıram. Karyeramın cəmi 15 %-ni məğlubiyyətlər təşkil edir. Bu səbəbdən uğursuzluqlardan ilk olaraq özüm narahat oluram. Amma bu futboldur. Qalib gəlmək istəyirsənsə, məğlubiyyəti də qəbullanmalısan”.

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Slovakiya görüşü saat 20:00-da start götürəcək.

Anar Həsənov



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More