İsrail tankları BMT-nin Livandakı sülhməramlı bazasının ərazisinə daxil olub

İsrail hərbçiləri BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlı bazasına hücum ediblər.

Oxu.Az RBC-yə istinadən xəbər verir ki, missiya bu barədə öz “Telegram” kanalında məlumat yayıb.

Söhbət Livanın cənubundakı Ramyadakı bazadan gedir, burada İsrailin “Hizbullah”a qarşı quru əməliyyatı oktyabrın əvvəlindən davam edir.

“Səhər saat 4:30 radələrində sülhməramlılar sığınacaqlarda olarkən iki İsrail Müdafiə Ordusunun “Merkava” tankı mövqenin əsas qapısını darmadağın edərək içəri daxil olub. Onlar bir neçə dəfə bazadan işıqları söndürməyi xahiş ediblər. UNIFIL bizim rabitə mexanizmimiz vasitəsilə İsrail Müdafiə Ordusunun mövcudluğunun sülhməramlıları təhlükə altında qoyduğunu bildirərək etiraz etdikdən təxminən 45 dəqiqə sonra tanklar oranı tərk edib”, – missiya bildirib.

Təxminən səhər saat 6:40-da oradakı sülhməramlılar 100 metr şimala doğru bir neçə atəş açıldığını və bu səbəbdən tüstünün qalxdığını bildiriblər. Bazaya daxil olan tüstü səbəbindən 15 UNIFIL əsgərinin dərisində qıcıqlanma və mədə-bağırsaq reaksiyaları yaranıb. Hazırda onlar müalicə olunurlar.

Qeyd edək ki, sülhməramlılar missiya və İsrail ordusunun iştirakı ilə dörd gün ərzində dörd insident barədə məlumat veriblər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More