Yeni yaradılacaq Bakının “rəqəmsal əkiz”inin hansı üstünlükləri olacaq?

Bakının “rəqəmsal əkiz”i yaradılır.

Xezerxeber.az-ın məlumatına görə, artıq 6 milyondan çox unikal məlumat məntəqəsi bu sistemə daxil edilib.

“Rəqəmsal əkiz” sistemi dünyanın bir çox ölkələrində tətbiq edilir və şəhər mobilliyinin təmini baxımından unikal sistem hesab olunur.

İnformasiya texnologiya üzrə ekspert Fərid Pərdəşünas bildirib ki, paytaxtın bütün yolları, ictimai iaşə obyektləri, təhsil, səhiyyə ocaqları burada əks olunacaq. Məlumatlar isə müxtəlif mənbələrdən əldə ediləcək. Onun sözlərinə görə, “rəqəmsal əkiz” vasitəsilə əhalinin gündəlik axını da müşahidə ediləcək, nəqliyyata olan tələb hesablanacaq.

Ekspert qeyd edib ki, sistem sayəsində həmçinin nəqliyyatla bağlı veriləcək istənilən qərarın təsirini öncədən proqnozlaşdırmaq da mümkün olacaq.

Onlar hesab edirlər ki, Azərbaycanda da rəqəmsal əkizlərin tətbiqi ilə bağlı əlverişli şərait var. Bu sistem bizə əlavə imkanlar yaradacaq. Hətta gələcəkdə Azərbaycan öz modelini təcrübə kimi dünya ölkələri ilə də paylaşa bilər.

Ətraflı süjetdə:

Yeni yaradılacaq Bakının “rəqəmsal əkiz”inin hansı üstünlükləri olacaq?


Yeni yaradılacaq Bakının “rəqəmsal əkiz”inin hansı üstünlükləri olacaq?




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More