Böyük Britaniyalı qaçışçı 28 yaşında dünyasını dəyişib

Avropa çempionatında və “Brilyant liqada” mübarizə aparan britaniyalı qaçışçı Robbi Fitsqibbon 29 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Fitsqibbon orta məsafəyə qaçış üzrə ixtisaslaşıb, 2019-cu ildə qapalı məkanda keçirilən Avropa çempionatında 1500 metr məsafəyə qaçış üzrə finala yüksəlib və səkkizinci yeri tutub. Daha sonra o, topuğundan zədə alıb və əməliyyat olunub, bundan sonra əvvəlki səviyyəsinə qayıda bilməyib.

Fitsqibbon 2025-ci ildə psixi sağlamlıq xeyriyyə fondu üçün pul toplamaq üçün Brayton Marafonunu keçirməyi planlaşdırırdı.

İdmançı bu il etiraf edib ki, 2022-ci ildə ona psixoz diaqnozu qoyulub.

Fitsqibbonun ölüm səbəbi açıqlanmayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More