Rusiyanın Podolsk şəhərində Tacikistan vətəndaşı oğluna 70%-lik sirkə turşusu içirdib.
Oxu.Az xəbər verir ki, bu barədə Mk.ru məlumat yayıb.
Qeyd olunur ki, iki yaşlı uşaq xəstəxanaya yerləşdirilib. Ona daxili orqanlarının ağır kimyəvi yanığı diaqnozu qoyulub.
Polis əməkdaşları müəyyən ediblər ki, uşağın anası mayeni şüşəyə tökərək oğluna verib.
Məlum olub ki, Tacikistan vətəndaşı iyul ayında Rusiyaya gəlib, onun münasibətlərdə olduğu şəxs Moskva vilayətində daimi yaşayıb, lakin rəsmi qeydiyyatı olmayıb.
Hadisənin səbəbləri araşdırılır, qadının bu hərəkətinin motivi hələlik məlum deyil.